Şaxta Baba ucqar kəndlərdə uşaqları sevindirdi


17:48     01 Yanvar 2018 axta-balalar_(2).jpg

Yeni il ərəfəsində bir qrup könüllü gənc Şaxta Baba paltarı geyinərək Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 700-dən çox uşağa hədiyyə aparıblar.


Femida.az xəbər verir ki, Bakıda toplanan hədiyyələr 23 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə yola çıxıblar.

Doqquz gün ərzində hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

önüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.

Layihənin müəlliflərindən olan Cavid Qara Azərtac-a bildirib ki, uşaqlara sponsor və könüllülərdən toplanan 6 min manat dəyərində hədiyyələr paylanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 952