Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək


23:42     01 Yanvar 2018 hasan%20ruhani-interaztvcom_2.jpg

İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemləri həll etmək üçün səylərini artıracağını bildirib.

Femida.az "Trend"ə istinadən xəbər verir ki, Ruhani hökumətin ölkədə havanın çirklənməsi, inflyasiya və işsizlik məsələləri, həmçinin iqtisadi problemləri həll etmək üçün səyləri ikiqat artıracağını deyib.

İranda cümə axşamı günündən etiraz aksiyaları keçirilir. İğtişaşlar ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb. Münaqişələrdə ölənlərin sayı artıq 12 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1082