Bakıda yeni ödəniş terminalları quraşdırılır


14:44     03 Yanvar 2018 odenis%20terminal.jpg

Bakıda “Pulpay” şirkətinin terminallarının quraşdırılmasına başlanılıb.Femida.az bu barədə Trend-ə şirkətdən məlumat verilib.


Hazırda bu şirkətə məxsus terminalların sayı çox olmasa da, artmaqda davam edəcək. Bu, cari ildə şirkətin planlarına daxildir.

Rayonlarda “Pulpay” terminalları hələlik ancaq Xaçmazda quraşdırılıb. Gələcəkdə onların digər rayonlarda da quraşdırılması nəzərdə tutulur.

“Pulpay” terminalları vasitəsilə kommunal xidmətlər, mobil və stasionar rabitə xidmətləri, internet, kabel televiziyası, sığorta və digər ödəmələri həyata keçirmək mümkün olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 844