Ağsu aşırımında ailə faciəsi - 1 ölü, 2 yaralı
15:14 03 Yanvar 2018
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb.
Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 1623
Oxşar xəbərlər
- Ağsuda iki uşağı maşın vurub
- Ağsuda ağır qəza - 5 nəfər yaralanıb
- Ağsu sahibkarlarına güzəştli kredit verilib
- Ağsuda ev yanıb
- Ağsuda usta faciəli şəkildə öldü
- Ağsuda tövlə yanıb
- Ağsuda böyük Qafqaz gürzəsi öldürülüb
- Ağsuda ayı sakinlərə hücum edib
- Ağsuda yanğın olub - Xəsarət alan var
- Ağsuda ev yanıb