İran və Azərbaycan avtomobil istehsalına başlayır

13:21     03 Yanvar 2018 avtomobil6.jpg

Azərbaycan və İran yaxın vaxtlarda beş avtomobil markasının istehsalına start verəcək.


Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə bildirib.

Ticarət attaşesinin sözlərinə görə, avtomobillərin birgə istehsalına 2018-ci ilin martında başlanılacaq.

Nağızadə qeyd edib ki, İranın “Iran Khodro” və Azərbaycanın “AZMAŞ” şirkətləri avtomobillərin istehsalına 2018-ci ilin martında başlayacaq: “Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min avtomobil istehsal etməyi planlaşdırır”.

Femida.az

Açar sözlər:

Oxunub: 313