Bu günün hava proqnozu


13:15     04 Yanvar 2018 Bu%20günə%20olan%20HAVA%20PROQNOZU7.Jpeg

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olma ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti təşkil edəcək.

Azərbaycan rayonlarında yanvarın 4-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Açar sözlər:

Oxunub: 862