Mingəçevirdə yataqxanada yanğın: 17 nəfər təxliyə olunub


13:18     04 Yanvar 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64006.jpg

Mingəçevirdə yanğın hadisəsi baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, şəhərdə dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 847