İranda onlarla azərbaycanlı həbs edildi


14:31     04 Yanvar 2018 iran%201.jpg

İranda baş verən etiraz aksiyaları çərçivəsində Cənubi Azərbaycanda yaşayan bir çox həmvətənimiz həbs olunub.


Femida.az İran mətbuatına istinadən xəbər verir ki, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə və Marağa şəhərlərində onlarla vətəndaş kütləvi nümayişlərə qatılmaq səbəbilə saxlanılıb.

Ərdəbil və Qəzvin vilayətlərindəki həbslər rəsmilər tərəfindən təsdiq edilib.
Zəncan ümumi və inqilab məhkəmələrinin baş prokuroru Höccətül-İslam Müzəffəri Zəncan, Əbhər və Xürrəmdərə şəhərlərində təşkil olunan “mitinqlərin başçılarının” nəzarət altına alındığını bildirib.

Ərdəbilin baş prokuroru Nasir Ətəbati 57 vətəndaşın tutulduğunu qeyd edib. Urmiyədə isə 10 nəfər nəzarət altına alınıb.

İnternet portallarında Təbriz şəhərində də nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığı haqda məlumat verilib.

Təbriz millət vəkili Şəhabəddin Bimiqdar Təbrizlə bağlı xəbəri təkzib edib. “Təbrizdə mitinq olmayıb ki, kimsə həbs olunsun,” deyə deputat söyləyib.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 1305