Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü


15:03     04 Yanvar 2018 xestexana_01254.jpg

Bayram günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 6 nəfər dəm qazından, 7 nəfər araqdan zəhərlənmə ilə müraciət edib


Bu barədə Femida.az -a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, həmin müddətdə şöbəyə sərxoşluqla bağlı 7 nəfər gətirilib. Dəm qazından zəhərlənənlərin isə 4-ü qadın, 2-si kişi olub. Heç bir ölüm olmayıb. Daha 3 nəfər allergik reaksiya, 1 nəfər isə dərman zəhərlənməsi ilə bağlı gətirilib.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur, hamısı evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 514