Boşanmadan sonra uşaq kimdə qalmalıdır? - HÜQUQ


15:56     04 Yanvar 2018 aile%20dagilib.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Boşanma prosesində uşağın atada, yoxsa anada qalması necə müəyyənləşdirilir?

Oxucularımızdan biri qeyd edir ki, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, kişi və qadının bərabər hüquq və azadlıqları var. Hansı səbəbdən boşanma prosesində uşağın anada qalmasına üstünlük verilir?

Hüquqşünas Loğman Abdullayev məsələni şərh edib:

“Nikahın pozulması zamanı məhkəmənin həll etməli olduğu məsələlərdən biri də azyaşlı uşaqların kimin yanında qalması məsələsini həll etməkdir. Bu zaman mütləq rəy alınması üçün iş göndərilir RİH-nin Qəyyumluq və Himayəçilik orqanına (komissiyaya). Orada hər iki valideyn çağırılır, onların yaşayış sahələrinə baxış və ailə şəraitlərinə baxış keçirilir. Uşaq psixoloqları uşaqlarla təklikdə (kənar təsirsiz) söhbətlər edir və uşaqların maraqları və mənafeləri hər şeydən üstün tutulmaq şərtilə rəy yazıb məhkəməyə göndərirlər. Məhkəmə isə həm bu rəyi həm iş üzrə bütün diqqətə layiq vacib məsələləri rəhbər tutaraq uşağın kimin və ya kimlərin yanında qalması haqda qətnamə qəbul edir. Təbii ki, bu qətnaməni əsaslı və ədalətli hesab etməyən tərəf müvafiq apellyasiya məhkəməsinə şikayət edir”.

Hüquqşünas bildirir ki, zəruri əsas yoxdursa, uşaq anaya verilir:

“Zəruri əsas dedikdə anada yoluxucu xəstəlik, yüngül həyat tərzi sürmürsə, analıq vəzifəsini yerine yetirirsə, narkotik və ya alkoqolizmden əziyyət çəkmirsə uşaq anada qalmalıdır. Əsasən, 10 yaşına kimi uşağın ananın yanında qalmasını müəyyən edən məhkəmələr heç də ananın maraqlarından yox, uşaqların maraqlarından çıxış edərək belə addım atır. Amma bəzən praktikada bunun əksi də olur”.

Ata istədiyi vaxt uşağını görə bilər

Avdullayev atanın hüquqlarını bu cür izah edir:

“Atanın da istədiyi vaxt uşaqlarını görmək ixtiyarı var və bu könüllü olmadıqda məhkəmə qaydasında müəyyən olunur. Amma əfsuslar olsun ki, bəzən boşanan çütlüklər bir birinə pislik etmək üçün uşaqlarla manipulyasiya edirlər.Amma düşünmürlər ki, sonda zərbə elə uşaqlara dəyir”.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 5091


Oxşar xəbərlər