Yolu keçən piyadanı maşın vurub öldürdü


16:14     04 Yanvar 2018 piyada%20qeza.jpg

Zaqatalada yolu keçən piyadanı maşın vuraraq öldürüb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci il dekabrın 28-də saat 8 radələrində Zaqatala rayonunun Gözbarax kəndində şəhər sakini Ramin Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Cuma İbrahimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 2-də orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1169