Bakıda 15 qərargah yaradıldı


14:05     07 May 2015 Bakıda%2015%20qərargah%20yaradıldı.jpg

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb.


Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb.

Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq.

C.Məmmədov deyib ki, artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığı bir daha yoxlanılıb.

Açar sözlər:

Oxunub: 566