Evlərdən qızıl aparanlar tutuldu


17:11     04 Yanvar 2018 qizil%20gumus.jpg

Bakı şəhərinin Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1171