Ermənistanda yanacaq bahalaşdı


21:41     04 Yanvar 2018 benzinin%20qiymeti.jpg

2018-ci il Errmənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb.


Femida.az-ın xəbərinə görə Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat yayıb. Benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb.

Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin artırılması ilə əlaqələndirilir. Belə ki, Ermənistanda aksiz qiymətləri min kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83 dollaradək artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1291