Yeni quyudan gündə 20 ton neft çıxacaq


21:33     10 Sentyabr 2015 Oil_rig_250108.jpg

"Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2680 nömrəli quyu qazmadan sonra istismara verilib.


Femida.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 3088-3073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Açar sözlər:

Oxunub: 1094