İran ABŞ-dan BMT-yə şikayət etdi
23:32 04 Yanvar 2018
Məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrounun BMT-yə unvanladığı rəsmi şikayətdə ABŞ İranın daxili işlərinə qarışmaqda və zorakılığı təşviq etməkdə ittiham olunur.
Sənəddə qeyd edilib ki, ABŞ beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir: “Donald Trampın rəhbərlik etdiyi ABŞ Administrasiyası son günlər davamlı olaraq İranın daxili işlərinə qarışıb, zorakılıq və vandalizmə gətirib çıxara biləcək aksiyalara dəstəyini ifadə edib. ABŞ və onun köməkçiləri “Twitter” sosial şəbəkəsindəki tvitlərində iranlıları təxribatçı hərəkətlərə təhrik edir. İran bütün ölkələrdən bu təhlükəli siyasətin müzakirə edilməsini gözləyir. ABŞ BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etməlidir”.
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb. ABŞ prezidenti D. Tramp dəfələrdə “Twitter” sosial şəbəkəsindəki səhifəsində aksiyaçılara dəstəyini ifadə edib.
Oxunub: 920
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib
- İran və Azərbaycan avtomobil istehsalına başlayır