Bakı Metrosu rekord qırdı - Sərnişin daşımaya görə


14:17     05 Yanvar 2018 metro.jpg

Bakı metropoliteni dekabrın 31-i gecə saat 23:00-dan yanvarın 1-i saat 01:30-dək 55 min sərnişin daşıyıb.


Femida.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə məlumat verib. Həmin gün gündüz saatlarında metrodan az sərnişin istifadə etsə də, gecə saatlarında sərnişin çoxluğu müşahidə olunub:

"Həmin gün Dənizkənarı Milli Parkda keçirilən atəşfəşanlıqla bağlı metro stansiyaları gecə saat 01:00-a qədər işləməli idi. Lakin sərnişinlər çox olduğundan gecə saat 01:30-a qədər stansiyalar sərnişin daşıyıb. Ümumilikdə, dekabrın 31-də gecə saat 23:00-dan sonra 55 min sərnişin daşınıb. Təkcə yanvarın 1-i gecə saat 01:00-dan 01:30-a qədər metro ilə 10 mindən çox sərnişin daşınıb".

Ən çox sərnişin "İçəri şəhər" və "28 may" stansiyalarından daşınıb.

Femida.az


Açar sözlər:

Oxunub: 650