İranda etirazlar yenidən baş qaldırdı


16:38     05 Yanvar 2018 etiraz9.jpg

İran hökuməti ölkədə nümayişlərin başa çatdığını elan etsə də, etirazlar davam etməkdədir. Ötən gecə paytaxt Tehran və digər şəhərlərdə rejim əleyhdarları küçələrdə olublar.


Femida.az xəbər verir ki, müxaliflər ölkənin ali dini lideri Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Bəzi şəhərlərdə polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Ölənlərin olduğu bildirilir.

Xatırladaq ki, rəsmi məlumata görə, dekabrın 28-də başlayan nümayişlərdə bu günədək 21 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1648