Bahar Muradova AKP-nin qurultayında iştirak edəcək


23:40     10 Sentyabr 2015 4e74ac8ed91c731033b913485cfcd06e.jpg

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya gedəcək.


MM-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Naci Bostancı ilə görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 13-də başa çatacaq.

Açar sözlər:

Oxunub: 572