Mərkəzi Bank saxta əskinaslarla mübarizəni gücləndirir


17:28     05 Yanvar 2018 merkezi%20bank%20femida.png

2018-ci ilin 1 fevral tarixindən başlayaraq, Azərbaycan Mərkəzi Bankı digər banklardan pul əskinaslarının ekspertizası və ya məhv olunması üçün qəbulunu yalnız həmin pulların xüsusi portalda qeydiyyatından sonra həyata keçirəcək.


Femida.az xəbər verir ki, Bu barədə Trend-ə bank bazarındakı mənbələrdən biri məlumat verib.

Məlumatda qeyd olunur ki, Mərkəzi Bank bu addımı saxta əskinasların dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə atıb: “Banklar əvvəlcə bu cür əskinasların nömrəsini Nağd pulun İdarəetmə İnformasiya Sisteminin portalında qeydiyyatdan keçirməli, daha sonra inkassator vasitəsi ilə Mərkəzi Banka göndərməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 686