Ərdoğan Fransaya, Çavuşoğlu Almaniyaya gedir


17:44     05 Yanvar 2018 erdogan_plane.jpg

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdogan yanvarın 5-də Parisdə fransalı həmkarı Emmanuel Makronla danışıqlar aparacaq.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu da xarici səfərə çıxır və o, sabah Almaniyada həmkarı Siqmar Qabriellə görüşəcək.

Bu səfərlərin əsas məqsədinin Türkiyənin Avropayla münasibətlərini qaydasına salmaq olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 981