Səməd Seyidov açıqladı - Bu da yeni nümayəndələr


18:51     05 Yanvar 2018 de.jpg

"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək".


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu bunu Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaq.

"Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər.

Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər", - deyə Səməd Seyidov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1045