Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə


19:30     05 Yanvar 2018 gurcustan-paytaxtinda-aksiya-05012018-5.jpg

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Tbilisi şəhərində İrana dəstək aksiyası keçirib.


Femida.az APA-ya istinadən xəbər verir ki, İranın Gürcüstandakı səfirliyi qarşısında keçirilmiş aksiyada iştirakçılar İranda hakimiyyət əleyhinə təşkil olunmuş etirazları pisləyib.

Gənclər "Allahu əkbər, Xamnei rəhbər!" şüarı səsləndirib.

Səfirlik qarşısında eyni vaxtda İrandakı etirazları dəstəkləyən bir qrup iranlı da aksiya keçirib. Onların aksiyası "Xamnei diktator, İranı tərk et!" şüarı altında keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 1072