Avtobus sürücülərinə iş başında siqaret çəkmək qadağan olundu
20:21 05 Yanvar 2018
Bu barədə Femida.az- Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, BNA-da müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.
Bir daha daşıyıcıların diqqətinə çatdırılıb ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müvafiq qanunlarla müəyyən edilən tələblərə əməl etməyən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.
Femida.az
Oxunub: 770
Oxşar xəbərlər
- Avtobusla yük maşını toqquşdu - 7 ölü, 40 yaralı
- Avtobus vuran piyada öldü - Bakıda
- Avtobus aşdı, 18 sərnişin yaralandı
- Avtobus çaya düşdü: 30 nəfər öldü
- Avtobus sürücüsü 33 yaşlı kişini bıçaqladı
- Avtobus daha bir can aldı
- Avtobus yaşlı qadını vurub öldürdü - VİDEO
- Avtobuslarda gediş haqqı artırılmayacaq - RƏSMİ
- Avtobuslarda cibgirlik edən şəxslər tutulub
- Avtobusda həyəcanlı anlar: Sürücü ilə sərnişin dava etdi