Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO


22:23     05 Yanvar 2018 2015-06-27-10-11-44serj-sarkisyan-full-6403.jpg

Ermənistanin nüfuzlu tədqiqat resursları mərkəzi olan "Qafqaz Barometri 2017"- nin keçirdiyi son sorğu zamanı məlum olub ki, S.Sarkisyanın komandasına əhalinin yalnız 9 faizi inanır. Tədqiqat mərkəzinin araşdırmasına görə, Ermənistan cəmiyyətində iqtidara qarşı total etimadsızlıq hökm sürür. Erməni hərbi ekspertləri isə Ermənistan ordusundaki özbaşınalığın hökm sürdüyünü faktlarla sübut edirlər.



Femida.az xəbər verir ki, Ermənistanın nüfuzlu tədqiqat resursları mərkəzi olan "Qafqaz barometri 2017"sorğu keçirib. Son sorguya görə, Ermənistanda Sarkisyanın təsir imkanları gündən-günə daralır.

Tədqiqat mərkəzinin təhlilinə görə, Ermənistanda yeni nəsil "Hərbi xidmət haqqında" qanuna dəyişiklərə etiraz etməklə, əslində, hərbi xidmətdən boyun qaçırmaq niyyətini ortaya qoyur. Qarabağ erməni gəncliyi üçün heç bir siyasi, mənəvi və psixoloji əhəmiyyət daşımayan yükdür! Onlar artıq bu yükü öz çiyilərindən birdəfəlik atmaq, dinc şəraitdə yaşamaq istəyirlər.

Bu sözləri isə Ermənistanın birinci informasiya kanalına son müsahibəsində hərbi ekspert Ruben Martirosyan deyib. Ekspert qeyd edib ki, ölkəsinin siyasi müstəvidə itirdiyi mövqeləri sosial-ictimai sferalarda silsilə şaxələnən narazılıqlarla tamamlanır. Xüsusilə Azərbaycan Ordusunun artan müdafiə qüdrətilə bağlı tez-tez təkrarlanan fikirlər narazılıqların ümumi şiddətini daha da gücləndirir. Bu mənada rusiyalı siyasi şərhçi Maksim Şevçenkonun beynəlxalq simpoziumdakı çıxışı da xüsusilə yaddaqalan olub:

Digər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin 1in.am saytına verdiyi müsahibəsində yer alan fikirlər isə bütövlükdə ermənilərin yuxusunu ərşə çəkib: "Bu gün azərbaycan ordusu bəzi parametrlərinə görə nəinki Ermənistanın, hətta Rusiyanın silahlı qüvvələrini geridə qoyur!"



(Xəzər Xəbər)

Femida.az


Açar sözlər:

Oxunub: 506