Tələbələr bunu da etdi - BSU-da qəribə İMTAHAN


22:45     05 Yanvar 2018 qelem.jpg

Bu gün Bakı Slavyan Universitetində imtahan zamanı qəribə və maraqlı hadisə yaşanıb.


Femida.az xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri (rus bölməsi) Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahana hamısı eyni qələmlə gəlib.

Nəzarətçilərin diqqətini hamının eyni qələmdən istifadə etməsi çəkib və qələmləri yoxlayarkən bəlli olub ki, hamısı tələbələrin özü tərəfindən hazırlanıb. Qələmlərin üstləri imtahana düşəcək sualların əsas ana xəttlərini əhatə edən köçürmələrlə sarılıb. Təxminən 40-50 qələm müsadirə edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1284