Azərbaycanda zəlzələ oldu


23:39     05 Yanvar 2018 xezer%20zelzele.jpg

Xəzər dənizində zəlzələ baş verib.


Femida.az xəbər verir ki, zəlzələ saat 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin məlumatına görə, zəlzələ 3 bal gücündə qeydə alınıb.

Yeraltı təkanlar Sumqayıtda zəif hiss olunub.

Zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 km olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1083