Ərdoğan Parisdə tarixi razılaşma imzaladı


00:51     06 Yanvar 2018 erdoo.jpg

Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə gedən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı strateji razılaşma əldə edilib.


Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM-la Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzunmənzilli hava hücumundan müdafiə sisteminin inkişaf etdirilməsi mövzusunda müqavilə imzalanıb.

EUROSAM-dan verilən açıqlamaya görə, üç ölkənin həyata keçirəcəyi raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq. Raket proqramı gözəgörünməz təyyarələr, pilotsuz uçuş aparatları və raketlərdən qaynaqlanan təhdidlərə qarşı müdafiə imkanlarını təmin edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 990