İlham Əliyev ötən il 28 rayona 31 səfər edib

İlham Əliyev ötən il 28 rayona 31 səfər edib


13:47     06 Yanvar 2018 prezident%20esas.jpg

Yola saldığımız 2017-ci ildə dövlət başçısı İlham Əliyev respublikanın əksər şəhər və rayonuna səfər edib.


Femida.az“Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhəri, Ordubad, Şahbuz, Culfa rayonları, eləcə də Saatlı, Yevlax, Cəbrayıl, Şirvan, Qax, Zaqatala, Balakən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Lənkəran, Cəlilabad, Salyan, Neftçala, Qobustan, Şamaxı, Gəncə, Tərtər, Ağcabədi, Sabirabad, Quba, Sumqayıt (2 dəfə), Abşeron (3 dəfə) rayon və şəhərlərinə ümumilikdə 31 səfər edən dövlət başçısı 100 obyektin - 74 sosial-iaşə, 26 yol-nəqliyyat infrastrukturu layihəsinin açılış mərasiminə qatılıb, 6 təməlqoyma mərasimində iştirak edib.

Ümumilikdə isə ölkə başçısı ötən il 28 rayona 31 səfər edib.

Femida.az

Açar sözlər:

Oxunub: 605