Ermənistanı ağır il gözləyir


19:26     06 Yanvar 2018 armenia.jpg

2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar etirazlar fəallaşa bilər.


Femida.az xəbər veri ki, bu barədə Trend erməni KİV-lərinə istinadən məlumat yayıb. Bu fikirlə ölkənin müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.

Eyni zamanda, Ermənistan İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan benzin və qazın bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən Ermənistanda benzin, qaz və dizel yanacağının qiymətləri 10 faizədək artıb. Bundan başqa, ölkədə 800-dən çox məhsulun qiymətinin bahalaşması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1086