Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verdi

Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verdi


20:10     06 Yanvar 2018 vekiller_kollegiyasi679899.jpg

Ötən gün Vəkillər Kollegiyasının üzvülüyünə qəbul olunmuş 18 yeni vəkilə vəsiqələr təqdim olunub.


Qurumdan Femida.az-a verilən məlumata görə, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq şifahi müsahibədən uğurla keçmiş vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyə qədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

Tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq ölkəmizdə vəkilliyin cari vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərə və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda vəkillərə vəsiqələr təqdim olunub, onlara öz fəaliyyətlərində uğurlar arzulanıb və vəkillik peşəsini həyata keçirərkən yüksək vəkil adını daim uca tutmaları sədr tərəfindən vəkillərə tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 637