Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)


02:40     07 Yanvar 2018 C2A021F9-31B1-43A4-9A6C-A02F96ADF6D90.jpeg

Zığ şosesində 175 saylı xətt üzrə (Xətai metrosu-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 şəxsin kimliyi bəlli olub.


3 saylı şəhər Xəstəxanasından APA-ya bildirib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib.

Xəsarət alanlar bunlardır:

Həsənov Taleh (1998)
Qurbanova Mətanət (1960)
Məhərrəmov Elcan (2003)
Nəbiyeva Səliqə (1959)
Ağayeva Səbirə (1975)
Məmmədli Aygün (2002)
Namazov Sədi (1938)
Məmmədov Rüstəm (1964)
Teymurova Afət (1974)
Yedyarova İrina (1975)
İsgəndərova Aygün (1981)
Savgin Vasiliy (1975)
Hüseynli Müşfiq (1998)
Babayeva Tahirə (1936)
Cəfərova Sevda (1961)


*****

Bakıda sərnişin avtobusu aşıb.

Femida.az xəbər verir ki, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Liya Bayramova Femida.az-a bildirib ki, qəza nəticəsində 15 nəfər yaralanıb. Ölən yoxdur. Onun sözlərinə görə, xəsarət alanların həyati təhlükəsi yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 1648