İranda zəlzələ - 20 nəfər xəsarət alıb


13:19     07 Yanvar 2018 zelzele%201.jpg

İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.

Femida.az-ın “İRNA”ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar gündüz saatlarında Kermanşah əyalətinin Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 802