Dağıstanda məscid imamı qətlə yetirdilər


14:27     07 Yanvar 2018 dagistan_28475765.jpg

Dağıstanda məscidin imamı Sayqidaxmed Maqomedov öldürülüb.

Femida.az -ın rus KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə Xasavyurt rayonunun Mutsalaul kəndində baş verib. İmam naməlum şəxslər tərəfindən yaşadığı evin qarşısında güllələnərək qətlə yetirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlayıb.

Açar sözlər:

Oxunub: 750