Bakıda kafedə gənc qız bıçaqlandı


18:15     07 Yanvar 2018 bicaq0.jpg

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az Publika.az-a istinadən xəbər verir ki, 3-cü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Ramiyyə Məhərrəmova naməlum şəxs tərəfindən əvvəlcə döyülüb, daha sonra bıçaqlanıb.

Ramiyyə Məhərrəmova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlum olub ki, Ramiyyə Məhərrəmova göz nahiyyəsindən xəsarət alıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2682