Seçki öncəsi iqtidar-müxalifət görüşü olacaqmı?


19:42     07 Yanvar 2018 el%20sixisma.jpg

Uzun müddətdir ki, Azərbaycanda iqtidar-müxalifətdialoqu baş tutmur. Nəzərə alsaq ki, bu il Azərbaycanda prezident seçkiləri ilidir, o zamaniqtidar-müxalifət görüşü baş tuta bilərmi?


Femida.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, bu gün iqtidar-müxalifət görüşünün keçirilməsi üçün elə bir mövzu yoxdur.

"Adətən seçki ilində iqtidar və müxalifət partiyaları hər biri ayrılıqda hazırlıq görür. Bu zaman hər bir siyasi qüvvə özünün resurslarını toplayaraq seçkidə qalib gəlməyə çalışır. Digər tərəfdən isə dialoq deyəndə təkcə görüş, dəyirmi masa başa düşülməməlidir. Dialoq bir atmosfer, mühitdir. Bu gün Azərbaycanda demokratik mühit formalaşıb. Hər bir siyasi qüvvə fikirlərini bildirə bilir, düzgün saydığı mövqeyini ortaya qoyur, polemika təşkil edir. Qarşıdan seçkilər gəlir. YAP öz üzvləri ilə seçkilərə hazırlıq prosesini keçirir. Belə olan təqdirdə qarşı tərəf görüş istəyərsə, bu, mümkündür”.

Femida.az

Açar sözlər:

Oxunub: 893