İranın sabiq prezidenti həbs edildi - İddia


18:49     07 Yanvar 2018 ehmed-nicat.jpg

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edilib.


Femida.az xəbər verir ki, bu iddiaları isə Al-Quds Al-Arabi qəzeti yayıb.

Nəşrin məlumatına görə, Əhmədinejadın həbsi İranın Ali rəhbəri və Dini lideri Ayətullah Əli Xamneyinin Şiraza səfəri fonunda baş verib.

Həbsə səbəb kimi, etirazlarda siyasətçinin verdiyi bəyanatların böyük rol oynadığı iddia edilir.

Bu barədə hələlik rəsmi açıqlama verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2541