Putinlə Poroşenko üz-üzə gələcək


02:23     11 Sentyabr 2015 Petro-putin-merkel.jpg

Rusiya, Fransa və Ukrayna prezidentləri Vladimir Putin, Fransua Olland, Pyotr Poroşenko, həmçinin Almaniya kansleri Angela Merkel yeni danışıqların keçirilməsi üzrə razılığa gəliblər.


Femida.az xəbər verir ki, Kreml və Yelisey sarayının mətbuat xidmətlərinin yaydığı məlumata görə, ölkə liderləri telefon danışığında yeni görüşün oktyabrın 2-də Parisdə keçirilməsi barədə qərara gəliblər. Dörd ölkənin xarici işlər nazirlikləri şənbə günü Berlində görüşərək, Paris toplantısının gündəliyini hazırlayacaq. Əsas məsələ Donetsk və Luqansk münaqişələrinin nizama salınması olacaq.

Qeyd edək ki, yaxın dövrlərdə Donetsk və Luqanskda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Bu addım Kiyevin qəzəbinə tuş gəlib. Lakin Avropa liderləri məsələnin masa ətrafında müzakirəsinin tərəfdarı kimi çıxış edirlər.

Açar sözlər:

Oxunub: 441