İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır


23:53     07 Yanvar 2018 iran%201.jpg

İran hökuməti ölkənin bir sıra şəhərlərində iğtişaşlar zamanı saxlanılan vətəndaşların əksəriyyətini girov müqabilində sərbəst buraxıblar.


Femida.az-ın xəbərinə görə, bu barədə İslam Respublikasının daxili təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Səid Montazar əl-Mehdi bəyan edib.

“Saxlanılan vətəndaşların əksəriyyəti sərbəst buraxılıb. İslam Respublikasının təhqir edən və iğtişaşların səbəbkarları isə məhkəmə qarşısına çıxarılacaqlar”, - o deyib.

Əl-Mehdi təsdiq edib ki, toqquşmalar zamanı İranda 20 nəfər ölüb, onların arasında güc strukturların əməkdaşı da var.

Açar sözlər:

Oxunub: 675