Analıq məzuniyyəti məcburidirmi? – Hüquqşünas cavablandırır


00:55     20 Mart 2018 hamile%20is%20qadini.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Hamilə qadın doğumdan əvvəl və sonra 126 günlük ödənişli məzuniyyətə çıxması məcburidir? Mümkündür ki, həm qadın 126 günlük müavinətdən istifadə edib, amma eyni zamanda işə çıxaraq əlavə maaşını da alsın?

Hüquqşünas Rəhim Zeynalovun açıqlamasına görə, bu məsələ Əmək Məcəlləsinin 125-ci maddəsimə əsasən tənzimlənir:

“Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Bir sözlə, ana həm məzuniyyət pulunu, həm də işə çıxaraq əmək haqqını ala bilməz. Qanunun tələbinə əsasən, hamilə qadınlar minimum 126 gün məzuniyyətdə olmalıdır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 5186


Oxşar xəbərlər