Bakıda daha bir küçə təmirə bağlanır


15:44     08 Yanvar 2018 abay.jpg

Binəqədi rayonunda daha bir küçə əsaslı şəkildə təmirə bağlanır.


Femida.az xəbər verir ki, Abay Kunanbayev küçəsinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 962