Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib


17:47     08 Yanvar 2018 xin11.jpg

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunmuş yeni səfirlərinin etimadnamələrinin surətlərini qəbul edib.


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1083