Doğduğu uşağı qəsdən öldürən ananı hansı cəza gözləyir? - Hüquqi yardım


17:59     08 Yanvar 2018 dogum_evi_003.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi faktı ilə bağlı hansı cəza nəzərdə tutulur?

Cinayət Məcəlləsinin 121-ci maddəsində qeyd olunur ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsində doğuşdan dərhal sonra öldürməsi dedikdə hansı və nə qədər müddət nəzərdə tutulmasa da,hüquq ədəbiyyatlarında bu müddət 4 saat və bir gün nəzərdə tutulur.


Xatırladaq ki, bəzi avropa ölkələrinin qanunvericiliyində bu müddəa ilə bağlı doğuşdan dərhal sonra dedikdə konkret müddət nəzərdə tutulur. Misal üçün 12 və ya 24 saat keçdikdən sonra baş verən öldürmə faktı artıq adi "Adam öldürmə" kimi qiymətləndirilir.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2454


Oxşar xəbərlər