Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var


18:24     08 Yanvar 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64096.jpg

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında 6 m2 sahədə ev əşyaları yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1081