Prezident 4 səfirin etimadnaməsini qəbul edib


18:48     08 Yanvar 2018 ilham-eliyev%20(1)4.jpg

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.


Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dövlət başçısı bu gün həmçinin Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan və Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnamələrini qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1344