Azərbaycanda rekord əməliyyat - 134 milyonluq

Azərbaycanda rekord əməliyyat - 134 milyonluq

15:40     08 Yanvar 2018 socar_istiqraz_090916.jpg

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb.


Femida.az istiqrazların market meykeri olan “PSG Kapital” şirkətinə istinadən xəbər verir ki, ötən il təkrar bazarda 89 230 SOCAR İstiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə bu günədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR İstiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.

Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib.

2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək.

Femida.az


Açar sözlər:

Oxunub: 456