Qarabağda 2 erməni hərbçi yaralanıb


21:02     08 Yanvar 2018 ermeni%20yarali3.jpg

Bu gün səhər Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz hərbi hissələrin birində erməni əsgəri zərərsizləşdirilməsi barədə xəbər vermişdik.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı atəşkəsi pozduğu üçün atəşə məruz qalan təkcə əsgər Vaçe Çilingəryan olmayıb.

Bu barədə hərbi hissənin yerləşdiyi Qarnizondan açıqlama verilib. Belə ki, Çilingəryan vurulan zaman erməni baş leytenant Y.Musinyan, eyni zamanda müddətdən artıq hərbi qulluqçu D.Vanyan da təxribat törətmək istəyərkən Silahlı Qüvvələrimizin açdığı atəş nəticəsində yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Xəbəri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakobyan da təsdiq edib.

Femida.az


Açar sözlər:

Oxunub: 1708