Tələbə özünü dənizə atdı - Bulvarda intihar (YENİLƏNİB)


23:35     08 Yanvar 2018 baki-bulvar-2012.jpg

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.

Araşdırma aparılır.

Yenilənib*** 19:34

Bu gün saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxsin kimliyi müəyyən olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun Lerik rayon sakini,1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu olduğu bəlli olub.

M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.

Hazırda meyitin axtarışları davam etdirilir.

O, özünü atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub.

Açar sözlər:

Oxunub: 1523