Masallıda nəhəng qartal tutuldu - FOTO
22:16 08 Yanvar 2018
Masallıda qeyri-adi qartal tutulub.
Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.
Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb. Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.
Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.
Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növü var.
Femida.az
Oxunub: 2107
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda yol kənarından meyit tapıldı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub
- Masallıda məktəb direktoru yıxılaraq xəsarət alıb