5 yaşlı azərbaycanlı İngiltərədə bayrağımızı qaldırdı


22:23     08 Yanvar 2018 26754017_1955594307789975_383077651_n_1515415595.jpg

5 yaşlı Böyük Britaniya vətəndaşı, Azərbaycan əsilli Əsgər Əmiral İngiltərədə oxuduğu məktəbin önündə Azərbaycan və Türkiyənın bayraqlarını daimi dalğalandırmağa nail olub.


Femida.az xəbər verir ki, bu barədə məlumati diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Elturk verib.

“Balaca Əsgər Azərbaycanı və Türk dünyasını sevən Tomas Əmiral-Mudi və əslən azərbaycanlı Röyalə Əmiralın övladıdır. Bu gözəl ailə daima Azərbaycanın tarixi və mədəniyyətini Britaniyada tanıdırlar. Qeyd edim ki, Əsgərin atası Tomas Əmiral-Mudi Azərbaycan xalq musiqilərini ifa edir.
5 yaşlı Əsgər və 3 yaşlı bacısı Yelizavet Əmiral əsl azərbaycanlıdır. Xatırladım ki, balaca Əsgərin anası Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmiralin (Jonh Naimi Amiral) bacısıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 962